Azərbaycanın İranla sərhəd bölgəsi təhlükə altında – ABŞ SƏHVƏN BİZİ VURA BİLƏRMİ?

Azərbaycanın İranla sərhəd bölgəsi təhlükə altında – ABŞ SƏHVƏN BİZİ VURA BİLƏRMİ?


"Çox güman ki, ABŞ İranın son hərəkətlərinə cavab verəcək. Bu cavab isə İranın bir müddət əvvəl ABŞ bazasına endirdiyi raket zərbələrindən heç də zəif olmayacaq”.


Sfera.az-a açıqlamasında bu sözləri İranın general Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi bazasına raket zərbəsi endirməsi fonunda hadisələrin necə cərəyan edəcəyinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib: "Fikrimcə, Vaşinqton İran ərazisində yerləşən bəzi obyektlərə zərbə vuracaq. Daha çox ehtimal olunur ki, İranın nüvə, raket və digər hərbi obyektlərinə zərbələr endiriləcək. Bu müstəvidə demək olar ki, iki tərəf arasında müharibə artıq başlayıb. İndi isə müharibə yeni müstəviyə keçib”.


Politoloq düşünür ki,hazırda ABŞ prezidenti Donald Trampın əlinə İranın nüvə obyektlərinə zərbələr endirmək üçün əlverişli fürsət düşüb: "ABŞ növbəti prezident seçkiləri ərəfəsindədir, Trampa da qələbə lazımdır.İranda bu mənada Trampa qələbə qazanmaq üçün imkan yaradır”.


Prosesin Azərbaycana təsirinə gəldikdə isə həmsöhbətimiz qeyd etdi ki, hər halda yaxşı heç nə gözlənilmir:"Çoxsaylı qaçqın axını ilə üz-üzə qala bilərik. Müharibə geniş vüsət alsa, İrandan Azərbaycana qaçqın axınını müşahidə edə bilərik. Amma düşünmürəm ki, müharibənin geniş vüsət alması ölkəmizi bu prosesə qoşa bilər. Azərbaycanda ABŞ-a, İsrailə, ümumiyyətlə hər hansı bir xarici dövlətə məxsus hərbi obyekti yoxdur. Ona görə də İranla ABŞ arasında geniş miqyaslı savaş başladığı təqdirdə, Azərbaycanın da hərb meydanına çevriləcəyini zənn etmirəm.Ancaq ABŞ vurmaq niyyətinə düşdüyü İranın hərbi obyekti Azərbaycanla sərhəd zonasında və Xəzər dənizi hövzəsində yerləşərsə bundan ölkəmiz ziyan çəkə bilər. Bu halda endirilən raket zərbələri səhvən ölkəmizin ərazisinə də düşə bilər. Belə vəziyyətdə, Şimal-cənub dəhlizinin işə salınması da sual altına düşəcək”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...