Azərbaycanın ilk reperi — «iş axtarıram..» — FOTO

Azərbaycanın ilk reperi — «iş axtarıram..» — FOTO

Reper Anar Nağılbaz iş axtarır.

Sfera.az Axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb.

Uzun müddət telekanallarda fəaliyyət göstərdiyini deyən A.Nağılbaz bildirib ki, satıcı belə işləməyə hazırdır:

"İşsizəm, əziz dostlar, yəni daimi işdən gedir söhbət. Maraqlısı odur ki, dünyanın hər bir yerində məni dövlət özü tanınmış insan kimi qəbul edib daimi ev və iş tapana qədər kompensasiya ilə təmin etməyə hazırdır.

2013-cü il oktyabrın 1-i işimdən azad olunmuşam (öz ərizəmlə, məcbur). Əvvəlki nazirimiz Polad Bülbüloğlu ilə də, indiki nazirimiz Əbülfəs bəylə də şəxsi görüşlərim olub, deyiblər, sən tanınmış adamsan, toyların çoxdur. Demişəm elə deyil, rep milli yem deyil, yalnız klublarda qəbul olunur, bizə işləməyən kinoteatrlardan birini verin, müasir musiqi klubu açaq. Mən 1992-vi ildə BDU-nun «Nəsimi» mərkəzində Əbülfəs Elçibəyin də, 1994-cü ilin fevralında Heydər Əliyev Sarayında Heydər Əliyevin qarşısında da «Kasıbların mahnısı» (Çörək baha, yağ baha, ət baha) ilə çıxışlar etmişəm.

Satıcı da olsa işləməyə hazıram. Ölkəmi tərk etmək fikrim yoxdur, ciddi, normal, daimi iş olsa, dostlarıma qoşula bilərəm. İşlədiyim bütün yerlərdə iş yerimin qanun-qaydasına uyğun çalışmışam».

DİGƏR XƏBƏRLƏR

SFERA.AZ - ANALİTİK İNTERNET MEDIA

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Saytda yer alan informasiyadan istifadə etdikdə LİNK-lə istinad mütləqdir.

© 2012-2016