Azərbaycanın “Eurovision-2016”dakı çıxış sırası bəlli oldu – VİDEO

Azərbaycanın “Eurovision-2016”dakı çıxış sırası bəlli oldu – VİDEO

 

Stokholmda baş tutacaq "Eurovision-2016” mahnı müsabiqəsində ölkələrin çıxış sıralaması bəlli olub.

Oxu.Az xəbər verir ki, bu il müsabiqədə 43 ölkənin təmsilçiləri yarışacaq. Birinci yarımfinal mayın 10-da, ikincisi isə mayın 12-də baş tutacaq.

Azərbaycan təmsilçisi Səmra Rəhimli birinci yarımfinal günü 14-cü sırada səhnəyə çıxacaq. Təmsilçimiz ""Miracle” mahnısını səsləndirəcək.

Finala birbaşa vəsiqə qazanan ölkələr isə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniyadır.


OXŞAR XƏBƏRLƏR