Azərbaycanın ən yaşlı sakininin adı Ginnesin rekordlar kitabına salına bilər

Azərbaycanın ən yaşlı sakininin adı Ginnesin rekordlar kitabına salına bilər
Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu Azərbaycanın ən yaşlı sakininin adının Ginnesin rekordlar kitabına salınması üçün işlər aparmağı planlaşdırır.

Sfera.az bildirir ki, bunu özəl olaraq Trend-ə AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

U.Həşimova bildirib ki, hələ keçmiş sovet dönəmindən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb:

"Böyük Vətən müharibəsindən sonra da aparılan tədqiqatlar göstərib ki, hətta ağır aclıq, müharibə illərinə baxmayaraq, Kiçik Qafqazda, Talış dağlarında yaşı 100-ü ötmüş bir çox uzunömürlülər olub. Lerik sakinləri olan Şirəli Müslümov, Mahmud Eyvazovun adları demək olar ki, dünyada məşhur idi”.


U.Həşimova Azərbaycanın ən yaşlı sakinlərinin adlarının indiyədək Ginnesin rekordlar kitabına salınmamasının səbəbini də açıqlayıb:

"Azərbaycanda bu vaxta qədər qeydə alınmış 145 və daha çox rekord yaşlar təəssüf ki, heç bir sənəd ilə təsdiqlənməyib və mütəxəssislər tərəfindən verifikasiya edilməyib. Ona görə onların bu kitaba daxil edilməsi mümkün olmayıb. Ginnesin rekordlar kitabına yalnız yaşınn verifikasiyası aparılmış şəxslər daxil edilə bilər. Biz bu istiqamətdə işlər aparmağı planlaşdırırıq. Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən müxtəlif saytların və TV-lərin sənədə istinadən yaydıqları ən yaşlı insan haqqında məlumatın real əsası olmur”.


Dünyanın ən yaşlı sakininin hazırda 116 yaşlı Yaponiya sakini olduğunu deyən U.Həşimova bildirib ki, institut tərəfindən cənub rayonlarında aparılmış tədqiqatların nəticələrinə əsasən, son 3 ildə Azərbaycanın ən yaşlı uzunömürlü (yəni, yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədova olub.

Lakin o, hesab edir ki, Azərbaycanda bundan da yaşlı insanlar ola bilər. Ona görə də institut yeni rayonlarda tədqiqatlar aparmağı planlaşdırır.
 

OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...