Azərbaycanın ən qorxulu məktəbi: şagirdlər niyə intihar edirlər? - FOTO

Azərbaycanın ən qorxulu məktəbi: şagirdlər niyə intihar edirlər? - FOTO

 

Kürdəxanı qəsəbəsində növbəti intihar hadisəsi baş verib. 15 yaşlı oğlan özünü asaraq həyatına qəsd edib.

2001-ci il təvəllüdlü Teymur Həsənli ötən gün trosla özünü asıb. Qəsəbənin D.Vasif küçəsi, ev 113 ünvanında yerləşən avtotəmir sexində işləyən Teymur 8-ci sinif şagirdi olub.

Qəsəbənin Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbində təhsil alan Teymur yay tətili olduğundan qeyd edilən sexdə çalışırmış.

Əslən İmişli rayonundan olan Teymur ailəsi ilə birlikdə 3-4 il əvvəl Kürdəxanı qəsəbəsinə köçüblər. 15 yaşlı məktəblinin intihar etmə səbəbi ilə bağlı ilkin versiya da artıq yayılıb. Onun sevdiyi qıza görə canına qəsd etdiyi deyilir.

Sfera.az musavat.com-a istinadən bildirir ki, Teymur onunla eyni məktəbdə oxuyan və 8-ci sinif şagirdi olan qızla sevgili imiş. Məlumata görə, bu sevgi qarşılıqsız olmayıb. Ancaq Teymurun intiharı seçməsinin səbəbləri müəmmalı olaraq qalır.

Teymurun qardaşı da eyni məktəbdə təhsil alırmış. Onun Seymur adlı qardaşı bu il məktəbin 9-cu sinfini bitirib. 

Teymurun intiharında diqqəti çəkən məqamlardan biri onun oxuduğu məktəblə bağlıdır. 113 nömrəli məktəb artıq 5-ci intihar hadisəsi ilə gündəmə gəlir. Belə ki, 2014-cü ilin sonu və 2015-ci illər ərzində məktəbin 4 şagirdi eyni üsulla - özünü asmaqla canlarına qəsd etmişdi.

Məktəbin şagirdlərindən olan 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu 2014-cü ilin dekabr ayında canına qəsd etmişdi.

Məktəbin 10-cu sinif şagirdi Əli Məmmədov 2015-ci ilin fevralında intihar etmişdi.

6-cı sinif şagirdi Ruslan Həsənov isə 2015-ci ilin aprel ayında asılmış vəziyyətdə tapılmışdı.

Adıçəkilən müəmmalı məktəb 2013-cü ildə də intihar xəbəri ilə sarsılmışdı. Məktəbin 9-cu sinif şagirdi, qonşu Məhəmmədi kənd sakini, 16 yaşlı Püstəxanım Quluzadə də özünü asmışdı.

Sonuncu hadisədən əvvəl baş verən digər intiharlarla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılmışdı. Ancaq bu barədə heç bir rəsmi məlumat verilməyib.

15 yaşlı Teymurun ölümü ilə bağlı da eyni maddə ilə cinayət işi açılıb.

Təqdim etdiyimiz fotolar 15 yaşlı Teymura aiddir. 


OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...