Azərbaycanın əhalisi azalacaq - BMT açıqladı

Azərbaycanın əhalisi azalacaq - BMT açıqladı
BMT-nin iqtisadi və sosial sorğular departamenti hesab edir ki, 2050-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyonu keçəcək (11 milyon 39 min). Amma sonrakı 50 ildə 9 milyon 558 min nəfərə qədər azalacağıq.

BMT 2020-ci, 2030-cu, 2050-ci və 2100-cü illər üçün proqnozunu açıqlayıb. Proqnoza görə, gələn ilə qədər ölkə əhalisi daha 99, 11 il ərzində isə 680 min nəfər artacaq.

Hesabat başqa Qafqaz ölkələri barədə bədbin düşüncəyə əsas verir. Ermənistan əhalisi 2100-cü ilə qədər az qala iki dəfə azalacaq. İndi qonşu-düşmən ölkədə təxminən 3 milyon 66 min nəfər yaşayır. Bundan sonra ermənilərin sayı yalnız azalan xətt üzrə gedəcək. Əsrin sonunda Ermənistanda cəmi 1,793 milyon adam qalacaq.

Gürcüstanda da xeyli azalma olacaq. Rəsmi rəqəmlər 3 milyon 717 min nəfərdən danışır. 2100-cü ildə bu ölkədə 2 milyon 438 min adamın yaşayacağı proqnozlaşdırılır.

Dünya əhalisinin 7,7 milyarda çatdığını bilirsiniz. Əsrin sonunda say 11 milyardı aşacaq. İndi ikinci olan hindistanlılar birinci pilləni ələ keçirəcək. Hindistanda əhali 1,516 milyarda çatacaq. Çində xeyli azalma gözlənilir. İndi Asiya dövlətində yaşayanların sayının 1,4 milyardı ötdüyü hesab olunur. BMT 2100-cü ildə orada 1 milyard 20 min insanın qalacağını proqnozlaşdırır.

Kəskin azalma və artma gözlənilən ölkələr var. Məsələn, Yaponiyada əhali 1,5 dəfə azalaraq, 84 milyona düşəcək. Rusiyada 124 milyon insan yaşayacaq. Almaniya təxminən 10, İtaliya 8 milyon nəfər itirəcək. BMT Ukrayna ilə bağlı lap bədbindir. Təşkilat hesab edir ki, 2100-cü ildə bu ölkədə uzağı 28 milyon nəfər məskunlaşacaq.

Ən çox artım Afrika ölkələrində gözlənilir. Məsələn, Nigeriyada 80 il ərzində əhali 4 dəfədən çox artacaq. Bu ölkənin 793 milyon nəfərlə üçüncü pilləyə yüksələcəyini ehtimal edirlər. Uqandada əhali artımı az qala kosmik sürət alacaq. Beş dəfə artım gözlənilir. Uqandada 213 milyon nəfərin olacağı bildirilir.

ABŞ dördüncü yerdə qalacaq (447 milyon). Konqo Demokratik Respublikası böyük sıçrayışla beşinci pilləyə yüksələcək (378 milyon). Pakistan yenə liderlər qrupunda olacaq (351 milyon). (Bizimyol)

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...