Azərbaycanın bu rayonu koronavirusun qaynar nöqtəsinə çevrildi – YOLUXMA ARTDI

Azərbaycanın bu rayonu koronavirusun qaynar nöqtəsinə çevrildi – YOLUXMA ARTDI

Kürdəmir rayonunun Sığırlı kəndində daha 4 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. 

Sfera.az xəbər verir ki, bununla da kənddə təhlükəli virusa yoluxanların sayı 17-yə çatıb.

Rayon üzrə koronavirusa yoluxanların ümumi sayı 65 nəfər təşkil edir.  /Report

***

Kürdəmir rayonunda koronavirusa yoluxanların sayı artıb.

"Yeni Sabah” "Report”a istinadən xəbər verir ki, son bir gündə rayonun Sığırlı kəndində daha 1 nəfərin koronavirus testi müsbət olub. Nəticədə yoluxanların sayı 13 nəfərə çatıb.

Rayon üzrə son 24 saat ərzində ümumilikdə 7 nəfərdə COVID-19 aşkarlanıb.

Bununla da Kürdəmirdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 61 nəfərə çatıb. COVID-19 daşıyıcıları arasında ölən yoxdur. 

Qeyd edək ki, Sığırlı kəndində koronavirusa yoluxanlar arasında 1 yaşlı körpə də var. Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, mərkəzi xəstəxana, Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Sakinlərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan və əlcəklərdən istifadə etmələri tövsiyə edilib. Bundan başqa rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR