Azərbaycanın bu magistral yolu ilə bağlı ÇAĞIRIŞ: “Sürüşdürülsün”

Azərbaycanın bu magistral yolu ilə bağlı ÇAĞIRIŞ: “Sürüşdürülsün”

"Bakı-Şamaxı-Yevlax yolunun hərəkət istiqaməti dəyişdirilsin”.


Sfera.az bildirir ki, yol mühəndisi, ekspert Rauf Ağamirzəyev son zamanlar bir neçə dəfə uçub, bərpa edilən Ağsu aşırımındakı yolla bağlı ciddi çağırış edib. O, lent.az-a açıqlamasındasözügedən yolun istiqamətini dəyişdirməyin daha doğru olacağını bildirib:



 

"Problem mühəndislərdə deyil, yerin geoloji quruluşundadır. Ərazi sürüşmə zonasındadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov da son müsahibəsində yolun istiqamətinin dəyişdiriləcəyini söyləyib. Təbiətlə mühəndislər daim mübarizədədir. Sözsüz ki, bənd yaxud istehkam divarları tikmək də olar. Ancaq o nə qədər effektiv olar, zaman göstərəcək. Düşünürəm ki, yolun oxunun dəyişdirilməsi daha doğru olar. Bir halda ki, ora investisiya yatırmaqla, oranı bərkitməklə əmələ gəlmirsə, yolun uyğun olduğu istiqamətə sürüşdürülməsi daha uğurlu olar”.


 

Rauf Ağamirzəyev bölgənin relyefinin mürəkkəb olmasının bütün problemlərə yol açdığını vurğulayıb:


 

"Şamaxı iqtisadi rayonunun yerləşmə mövqeyi elədir ki, yalnız avtomobil yolu oraya daxil ola bilir. İqtisadi rayon olaraq nə hava limanı, nə dəmiryolu var. Dənizə çıxışı da yoxdur. Olan tək avtomobil yoludur və onun da müəyyən sahəsi sürüşmə zonasından keçir. Alternativ yolu hələ sovetlər dönəminin mühəndisləri də müzakirə edib, nə isə tapmayıblar. Bir alternativ olaraq Quba ilə Şamaxını birləşdirmək fikri irəli sürülmüşdü. Amma orada da sürüşmə olduğundan işlər dayandırıldı. Nəzərə almaq lazımdır ki, Şamaxı zəlzələdən batıb, buna görə də sürüşmə zonası olması normaldır. Yəni, mühəndislərin savadlı-savadsız olması hər hansı əhəmiyyət daşımır. Orada estakada da tikilsə xeyri yoxdur”.

 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar NəcəfliLent.az-a açıqlama verib. O, Ağsu aşırımında görülən tikinti işlərinin gələn ay başa çatdırılacağını bildirib:



 

 

"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeydə alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur. Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 91-107 km hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Baş PodratçıTürkiyənin "Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş”, texniki nəzarətçi İtaliyanın - "İRD Engineering” şirkətidir. 01.10.2019-ci il tarixinə əsasən, işlərin 90,99%-i yerinə yetirilib. Uzunluğu 16 km olan I texniki dərəcəli yolun tikintisi işlərinə 2017-ci ilin dekabr ayında başlanmış, 2019-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulur”.


OXŞAR XƏBƏRLƏR

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu BİLDİRDİ

Ukrayna Rusiya ilə danışıqlara hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour&rdquo...

İlham Əliyev: "İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var"

Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layih...

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota MÜƏYYƏNLƏŞDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.   Sfera.az xəbər verir ki...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Azərbaycanda tibbi maska istehsalı ARTDI

Bu il Azərbaycanda tibbi maska istehsalında kəskin artım müşahidə edilir.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin birinci ...

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında&...