Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi etimadnaməsini təqdim edib

Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi etimadnaməsini təqdim edib
4 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov etimadnaməsini BMT-nin Cenevrə Bölməsinin baş direktoru Maykl Möllerə təqdim edib.
Sfera.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan XİN-dən deyilib.

Azərbaycanın Daimi Nümayəndəliyindən verilən məlumata görə, görüşdə səfir V.Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Baş direktora çatdırıb və ölkəsinin BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. Söhbət zamanı o, bildirib ki, BMT-nin Cenevrə Bölməsinin ixtisaslaşdığı sahələr - insan hüquqlarının müdafiəsi, humanitar məsələlər və fövqəladə yardım, çoxtərəfli iqtisadi-ticarət əlaqələri və beynəlxalq təhlükəsizlik problemləri Azərbaycanın uğurla həyata keçirdiyi daxili və xarici siyasətinin vacib tərkib elementlərini təşkil edir.

Səfir V.Sadıqov bir sıra vacib sahələrdə, xüsusilə dözümlülük, multikulturalizm, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb. O, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə humanistlik və sülhpərvər siyasətinin göstəricisi kimi 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsi və 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini də baş direktorun diqqətinə çatdırıb. Bununla əlaqədar V.Sadıqov 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və orada BMT-nin baş katibi Pan Gi Munun gözlənilən iştirakı haqda məlumat vermişdir.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açmış səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulayıb, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə istinad edərək, BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

M.Möller bildirib ki, BMT-nin Cenevrə Bölməsi BMT çərçivəsində qəbul olunmuş Davamlı İnkişaf Məqsədləri proqramının həyata keçirilməsi prosesində mühüm rol oynayacaq və BMT üzv olkələri ilə əlbir işləməyə hazırdır. Beynəlxalq təhlükəsizlik məsələlərinə toxunaraq baş direktor qeyd etdi ki, bu məsələlərin yeni inkişaf səviyyəsinə qaldırılması böyük əhəmiyyət kəsb edir və bütün ölkələrin səylərinin səfərbər olunmasini tələb edir.

Görüşün sonunda BMT-nin Cenevrə Bölməsinin baş direktoru M.Möller öz salamlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını səfir V.Sadıqovdan xahiş edib və ölkəmizlə BMT-nin Cenevrə Bölməsi arasında əlaqələrin inkişaf etdirilməsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...