Azərbaycanın birinci xanımları barədə nə bilirik?

Azərbaycanın birinci xanımları barədə nə bilirik?
Onların hər biri müxtəlif vaxtlarda - bəziləri hətta müvəqqəti və qısamüddətli olsa belə Azərbaycana rəhbərlik etmiş həyat yoldaşları ilə çiyin-çiyinə olublar.
 
Azərbaycanın birinci xanımları barədə məlumatları təqdim edir:

Ümbülbanu Əbdüləziz qızı Rəsulzadə - Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı. Onlar 1908-ci ildə nikaha giriblər. Ümbülbanu Rəsulzadə həm də Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı idi. 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq, Ümbülbanu xanım həmişə Rəsulzadəni müdafiə edib. 1937-ci ildə NKVD Ümbülbanu xanımı sürgün edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda - sovxozda məskunlaşıblar. Oğlunun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ürəyi partlayıb, 1940-cı ildə dünyasını dəyişib.

Yevgeniya Mixaylovna Bağırova - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırovun həyat yoldaşı. Yevgeniya Mixaylovna Bağırova ilə bağlı internetdə demək olar ki, məlumat yox dərəcəsindədir.

Sona Əbdülxalıq qızı Axundova - Azərbaycan SSR-yə 10 ilə yaxın rəhbərlik etmiş Vəli Axundovun həyat yoldaşı. Sona Axundova tibb elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR əməkdar həkimi olub. Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunub. Tələbə ikən inqilabı iş aparıb, 1918-ci ildə təhsilini başa vurmamış Bakıya qayıtmaq məcburiyyətu qarşısında qalıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Həkimlik fəaliyyətinin ilk illərində Bakı, Gəncə, Yevlax xəstəxanalarında işləyib, Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb. Böyük Vətən müharibəsində Bakı qospitallarında gözündən zədə almış yaralılara yaxından köməklik edib.

Zərifə Əziz qızı Əliyeva - ulu öndər Heydər Əliyevin həyat yoldaşı. Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. Zərifə Əliyeva Azərbaycan SSR-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir. Həkim Əziz Əliyevin qızıdır. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım böyük uğurlar əldə edib.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z. Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının mükafatına layiq görülüb. O, həmin mükafata layiq görülən ilk qadın idi.

Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.

Adilə Mütəllibova - Azərbaycanın 1-ci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi Ayaz Mütəllibovun həyat yoldaşı. A. Mütəllibova ixtisasca həkimdir. Ayaz Mütəllibovla 1961-ci ildə Bakıda ailə qurub və burada yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşayıb. Mətbuatla ünsiyyət saxlamır. Gəncliyində həkim işləyib. Ayaz Mütəllibov dövlət işinə keçəndən sonra işdən çıxıb. Onun hazırda da işləmədiyi bildirilir.

Əzizə Məmmədova - 1992-ci ildə bir neçə ay Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun həyat yoldaşı. Əzizə Məmmədova ilə bağlı internetdə heç bir məlumat yoxdur.

Aida Qəmbər - 1992-ci ildə bir müddət Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı olmuş İsa Qəmbərin həyat yoldaşı. Aida Qəmbər əslən Naxçıvandandır. Şərqşünas alimdir.

Həlimə Əliyeva - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı. Həlimə Əliyeva Elçibəyin prezidentliyi dövründə onun yanında görünməyib, tədbirlərə qatılmayıb. Həmin vaxt Həlimə Əliyevanın uşaqları azyaşlı idi və başı onlara qarışmışdı. Hazırda Bakıda yaşayır. Ərturqut və Çilənay adlı 2 övladı var.

Mehriban Əliyeva - Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı. 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var. Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən deputat olub. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. (Yeniavaz.com )
 
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...