Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb.
 
Sfera.az-a daxil olan bəyanatda qeyd olunur ki, son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb. Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.

Bəyanatda bildirilir:
 
"Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir.

Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq".
 

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...