Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqləndi

Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqləndi
Gələn il İtaliyada keçiriləcək "Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

Sfera.az bildirir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətindən "Qafqazinfo”ya verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.

Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil. Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib. "Avroviziya-2022” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri isə tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.
 

OXŞAR XƏBƏRLƏR