Azərbaycanın Avropa Məhkəməsindəki hakimi ilə bağlı qərar
12:16 / 13.02.2018
504
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
Sfera.az xəbər verir ki, parlament "Konstitusiya Məhkəməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirə edib.
Layihə haqqında deputatlara hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Konstitusiya Məhkəməsi haqqında qanuna 73.9-cu maddə əlavə edilib. Yeni maddədə qeyd edilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.
Aydan Lətifova