\"Azərbaycanın AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır\" - Azay Quliyev

\
"Hesab edirəm ki, AŞPA-nın nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir. Heç bir əsasa söykənmir və mən bunu qərəzli mövqe hesab edirəm".

Sfera.az-ın xəbərinə görə, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, hazırlanmış hesabat özü ziddiyyətlərlə doludur:

"Şəxsən Səməd Seyidovun korrupsiya məsələsində rolunu sübut  edəcək bir dəlil yoxdur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki, AŞPA heç bir halda  öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə addım atılmamalıdır".

Azərbaycanın AŞPA-dan çıxma ehtimalının olub-olmadığına münasibət bildirən A. Quliyev deyib ki, Azərbaycan qurumun ən fəal üzvüdür: "Hesab etmirəm ki, olanlarla bağlı Azərbaycan Avropa şurasından çıxsın. Azərbaycan qurumun fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Azərbaycanın dairələrin təzyiqi altında, onların provokativ istəyi ilə  öz qərarına yenidən baxmaq, AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin ki, buna cəhd edənlər var. Bu cür layihələrin arxasında duran əsas məkrli planlar odur ki, Azərbaycan və Avropa arasında münasibətlər korlansın, Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin. Nəzərə alınmalıdır ki, bu gün Azərbaycan Avropa İttifaqı  və Avropanın əsas ticarət tərəfdaşıdır, Avropanın alternativ enerji ilə təmin olunmasında mühüm rol oynayır, ölkəmizdə TAP, TANAP,  Bakı-Tbilisi-Qars kimi layihələr icra olunur. Belə olan halda hamıya bəllidir ki, bu məkrli işlərdə kim maraqlıdır".(ölkə.az)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...