Azərbaycandan külli miqdarda valyuta çıxarılmasının qarşısı alındı

Azərbaycandan külli miqdarda valyuta çıxarılmasının qarşısı alındı
 

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

DGK-dan verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Qazaxıstan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarətindən keçərkən baqajında olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən, gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib. Sərnişin gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Ona məxsus baqaj rentgen aparatından keçərkən orada valyutaya bənzər təsvirlər əks olunub. Bundan sonra vətəndaş saxlanılıb və çantasına baxış keçirilməsi məqsədilə yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı ona məxsus baqajın içərisindəki pul qabında, əl çantasında, sellofan paketdə cəmi 3 mln. 531 min 350 rus rublu, 6 253 ABŞ dolları və 400 manat aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...