Dünya

Azərbaycandan Fransaya rəsmi etiraz: Səfir XİN-ə çağırıldı

Azərbaycandan Fransaya rəsmi etiraz: Səfir XİN-ə çağırıldı
Fransanın ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.

Ona, Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa Hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə AR XİN-in rəsmi notası təqdim olunub.

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930