Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama
 "Azərbaycan Hava Yolları” QSC (AZAL) fevral ayı ərzində Avropanın bir sıra şəhərlərinə - Berlin, Paris və Milana birbaşa aviareyslərin həyata keçirilməməsinin səbəbini açıqlayıb.
 
 AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski "APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, Avropa istiqamətində uçuşlar təxirə salınmayıb.
 
"Sadəcə, əvvəlki illərdə olduğu kimi, qış qrafikinə uyğun olaraq bir neçə istiqamətdə uçuşlar planlaşdırılmayıb. Hava nəqliyyatı sahəsində fevral ayı ən passiv dövr hesab edilir və bu dövrdə bir çox hava yolları şirkəti müəyyən istiqamətlərə uçuşlarını yerinə yetirmir”, - deyə P.Kəsəmənski vurğulayıb.
 
Qurum rəsmisi onu da əlavə edib ki, öncədən fevral ayı üçün planlaşdırılmadığından gələn ay üçün bilet alan sərnişin olmayıb.
 
Qeyd edək ki, bəzi KİV-də AZAL aviaşirkətinin əsas Avropa istiqamətlərinə, Berlinə, Parisə, Milana fevralda birbaşa reyslərin planlaşdırılmadığı barədə məlumatlar yayılıb.

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...