Azərbaycanda “Zika” virusu varmı?

Azərbaycanda “Zika” virusu varmı?
"Azərbaycanda "Zika” virusunun yayılma ehtimalı yoxdur. Çünki Azərbaycanda ağcaqanadların "Zika” virusunu yayan "Aedes aegypti” növü yoxdur”.
xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, "Aedes aegypti” ağcaqanad növü tropik ölkələr üçün xasdır.
Rusiyada "Zika” virusunun başqa ölkədən gətirilmə halı nəticəsində qeydə alındığını deyən A.Əliyeva qeyd edib ki, virusun ölkəyə gətirilməsi halı olarsa, bu, mütləq aşkar olunacaq.
O, hazırda Azərbaycanda virusun yayılması üçün şəraitin olmadığını da əlavə edib: ”Hazırda havalar soyuqdur, ağcaqanadların aktiv dövrü deyil, ölkədə virusa yoluxmuş ağcaqanad da yoxdur. Azərbaycanda bu xəstəliyin yayılması qeyri-mümkündür”.
Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də Trend-ə açıqlamasında Azərbaycanda "zika” virusuna qarşı qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac olmadığını söyləyib: "Azərbaycanda ümumiyyətlə, yoluxucu xəstəliklərə qarşı tədbirlər görülür. "Donuz qripi”nə qarşı olan qabaqlayıcı tədbirləri bu virusa da şamil etmək olar. Çünki hər ikisi virusdur”.
Xatırladaq ki, "zika" virusuna yoluxma keçən ilin may ayında yalnız Braziliyada qeydə alınmışdı. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusun qeydə alındığı bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq. Bu ilin fevral ayında Rusiyada ilk dəfə olaraq "zika" virusu qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...