Azərbaycanda yumurta yenə bahalaşacaq? – ARAŞDIRMA
22:12 / 15.05.2022
2880
Ekspertlər hesab edirlər ki, yumurtanın ixracı daxili bazarda bahalaşmaya səbəb olmayacaq. Çünki bazarda təklif tələbi üstələyir. Ölkədə illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın tələbi isə 1,7-1,8 milyard ədəddir.
Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:
"Onlara veriləcək yumurta artıqlaması ilə var”
"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli "Kaspi”yə açıqlamasında bildirir ki, yumurta ilə bağlı heç bir problemimiz yoxdur: "Azərbaycanda süfrə yumurtasına gündəlik tələbat, təxminən 3 milyon 600 min ədəddir. Bundan 20-30 faiz də artıq istehsal edirik. Təxmini 5,2-5,3 milyon civarında istehsalımız var. Rusiyanın iri market şəbəkələri isə illik 6 milyon 800 min yumurta istəyir. Əgər müqavilə bağlanarsa, onlara veriləcək yumurta artıqlaması ilə var”.
"Anbarlarda 45 milyon yumurta qalıb”
Xaricdən yumurta ilə gələn valyuta...
Həmsöhbətimizin sözlərinə görə, bu gün bazarda təklif çox, tələb az olduğu üçün yumurtanın qiyməti maya dəyərindən də xeyli aşağı satılır: "Yəni maya dəyəri 15-17 qəpiyə olan yumurtanı bu gün pərakəndə şəkildə 8-9 qəpiyə satırlar. Yarı qiymətindən də aşağıdır. Marketlərdə yumurta 12-13 qəpiyə satılır. Maya dəyərindən aşağı satıldıqda istehsalçı şirkətlər də ziyana gedir və bu da onların fəaliyyətini dayandırmasına gətirib çıxarır. Yaxın gələcəkdə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) köməkliyi ilə ixrac qabiliyyətimizi artıra bilsək, həm istehsalçıların vəziyyəti yaxşılaşar, həm də xaricdən gələn valyuta aldıqları yem üçün yeni pul mənbəyi yaradar”.
"Bazarda rəqabət çoxdur”
Yumurtanın daxili bazarda bahalaşma ehtimalına gəldikdə isə müsahibimiz vurğulayır ki, yumurta ixracı daxili bazarlarda qiymətlərə təsir etməyəcək: "Daxili bazarlarda qiymətə təsir etmədən ixrac edə bilərik. Çünki bazarda ciddi istehsal olduğu üçün rəqabət də çoxdur. Yumurta qıtlığı olmadığından, qiymətlərə heç bir təsiri olmayacaq”.
Yumurtanın qiyməti kəskin bahalaşsa da...
"Daşınma xərcləri dəyərindən də yüksəkdir”
Ekspert vurğulayır ki, istehsalla əlaqədar olaraq, xərclər ciddi surətdə artıb. Bu vəziyyət fermerləri narahat edir: "Yumurtanı istədiyi qədər sata bilmədiyinə görə, fermerlər əziyyət çəkir və gəlir itkisinə məruz qalırlar. Bir nüans da ondan ibarətdir ki, yumurtanın ədədinin qiyməti ucuz olsa da, tutumu böyükdür və çox yer tutur. Bu səbəbdən bir yumurtaya düşən daşınma xərcləri onun dəyərindən də yüksəkdir. Buna görə də, adətən yumurtanın beynəlxalq ticarətdə istifadəsi mənasızdır”.
Bu ixraca sevinmək olar?