Azərbaycanda yüksək vəzifəyə təyinat
Cəmiyyət
13:52 / 26.03.2020
5157
Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayevə vəzifə verilib.
Sfera.az bildirir ki, bu barədə ATU məlumat yayıb.
Məlumata görə, S.Musayev universitetin rektoru Gəray Gəraybəylinin müvafiq əmrinə əsasən, Tədris Terapevtik Klinikasının direktoru vəzifəsini icra edəcək.
Xatırladaq ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi.(yeni sabah)