Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO

Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO
 Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları Nəvai postu ərazisində körpənin həyatını xilas edib. 

Sfera.az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə avqust ayının 18-də baş verib. Belə ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kənd sakini Məhmət Ağayev avtomobili ilə Nəvai postu ərazisindən keçərək 1 aylıq övladı qıcolma keçirib. Bu zaman sürücü avtomobili postun ərazisinə sürüb.

YPX əməkdaşları – serjantlar Hüseyn Hüseynov, Asim Vəliyev, Asif Əliyev və Anar Əsədov təcili olaraq körpəyə ilkin tibbi yardım göstəriblər. Ardınca patrul avtomobili ilə körpə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Bu gün isə körpənin valideynləri postun ərazisinə gələrək özləri ilə gətirdikləri qurbanlıq qoçu kəsmək istəyiblər. Qoç kəsildikdən sonra yol polisi əməkdaşları onun ətinin imkansız ailələrə paylanmasını istəyib. Bu maraqlı anlar vətəndaşlardan biri tərəfindən çəkilib.

Görüntüləri təqdim edirik:



OXŞAR XƏBƏRLƏR

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...