Azərbaycanda YENİLİK - Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək

Azərbaycanda YENİLİK - Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək
 

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (UNDP) qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması" adlı daha geniş miqyaslı proqram çərçivəsində "Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək" layihəsinin icrasına start verib.

Sfera.az  "APA-Economics"-ə istinadən xəbər verir ki, layihənin əsas məqsədi COVID-19 böhranı dövründə iqtisadi zərəri minimallaşdırmaq, gəlir mənbələrinin yaradılmasında və koronavirusdan sonrakı mərhələyə hazırlıqda qadınlara (o cümlədən sağlamlıq imkanları məhdud qadınlara) dəstək verməkdir.

Layihə sağlamlıq imkanları məhdud olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan 25 nəfərdən artıq qadının COVID-19-la mübarizədə vacib qorunma tədbirləri haqqında biliklərinin, biznes bacarıqlarının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Layihədə iştirak edən qadınlara Naxçıvan MR-da biznes fəaliyyətinə başlamaq üçün 525 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.
Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, layihə 1-ci (Yoxsulluğa son), 2-ci (Aclığa son), 3-cü (Yaxşı səhiyyə və rifah), 5-ci (Gender bərabərliyi) və 8-ci (Layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...