AKTUAL

Azərbaycanda yeni xəbər saytı fəaliyyət başladı

Azərbaycanda yeni xəbər saytı fəaliyyət başladı

Redaktor.az saytı artıq internet istifadəçilərinin ixtiyarındadır. Sayta tanınmış jurnalist Eldəniz Vəliyev rəhbərlik edir.

E.Vəliyevin Lent.az-a verdiyi məlumata görə, sayt bütün sferalar üzrə operativ xəbər istehsalı ilə məşğul olacaq: "Başlıca prinsiplərimiz operativlik və əlahəzrət fakta istinaddır. Maraqlı araşdırmalar, reportajlar, Facebook üzərindən canlı yayımlar oxucularımızın seçim imkanlarını artıracaq. Məqsədimiz - doğrunu xəbər verən informasiya oranı kimi qəbul edilməkdir”.

E.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin "Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikrini xatırladaraq qeyd edib ki, bu missiya Redaktor.az-ın fəaliyyət proqramının əsasını təşkil edəcək.

Baş redaktor saytın şüarını da elan edib: "Biz harada, doğru xəbər orada”

 

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031