Azərbaycanda yeni universitetlər yaradılacaq

Azərbaycanda yeni universitetlər yaradılacaq

"İki özəl ali təhsil müəssisəsinin bağlanması müstəqil dövlətçiliyimizin indiki mərhələsində təhsil sahəsində aparılan islahatların nəticəsidir”.

Bunu AzVision.az -a Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, təhsil sahəsində islahatlar zaman-zaman davam edəcək.

"Bundan əvvəlki mərhələlərdə özəl ali təhsil müəsəsisələrindən zamanın tələbinə uyğun olmayanların birləşdirilməsi və ya fəaliyyətlərinin dayandırılması haqqında qərarlar verilib. İndi də özəl ali təhsil müəssisələrindən bəzilərinin fəaliyyətinin dayandırılması inkişaf etməkdə olan ali təhsil müəssisələri ilə ayaqlaşa bilməmələrindən, zamanın tələbindən geri qalmalarından irəli gəlir. Bu sahədə islahatların aparılması labüddur. Bu, təhsilin, elmin, yeni təhsilli nəslin hazırlanmasının xeyrinə olan addımdır. Düşünürəm ki, digər dövlət ali məktəblərinin birləşdirilməsi haqqında cəmiyyətdə yayılan fikirlərin əsası yoxdur. Çünki dövlət ali təhsil müəssisələrinin əksəriyyətinin geniş maddi-texniki bazası və kadr potensialı formalaşıb”.

İ.Həbibbəyli bildirib ki, Qafqaz Universitetinin bağlanmasında, fəaliyyət sferasının dəyişdirilməsi və ya tamamilə yenidən qurulmasında təkcə maddi-texniki baza yox, universitetdə bu vaxta qədər aparılan tədrisin ideoloji xarakterinin Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğun gəlməməsi əsas gətirilib: "Bu səbəb maddi-texniki bazanın geri qalmasından az əhəmiyyət kəsb etmir. Ona görə Qafqaz Universitetindəki təlim-tərbiyə, orada əsas götürülən ideya nəinki Azərbaycan, heç qonşu dövlətlər üçün də əhəmiyyətli olmayıb”. 

Komitə sədri hesab edir ki, zərurət olduqca yeni ali təhsil müəssisələrinin yaradılması reallaşa bilər: "Vaxtilə Azərbaycanda 50-ə yaxın özəl universitet olub. Zamanın tələbinə uyğun gəlməyən, maddi-texniki bazası yetərincə olmayan, kadr potensialında böyük qüsurlar olan universitetlər sıradan çıxarıldı. Bu gün Azərbaycanda özəl universitetlərin sayı 13-dür. Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Qərb Universiteti inkişaf etmiş və özlərini yaxşı cəhətdən bütün yönlərdə göstərmiş ali təhsil müəssisələridir”.

İ.Həbibbəylinin sözlərinə görə, hazırda Azərbaycanda yeni ali təhsil müəssisələrinin yaradılmasına ehtiyac var. O, bildirib ki, zəruri olan hallarda yeni universitetlər yaradılacaq.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...