Cəmİyyət

Azərbaycanda yeni sürüşmə sahələri yaranıb - FOTOLAR

Azərbaycanda yeni sürüşmə sahələri yaranıb - FOTOLAR
"İsmayıllı rayonunun Müdrisə kəndində iki ayrı ərazidə sürüşmə prosesi baş verib”.
 
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
Müdrisə kəndində baş verən sürüşmələrin yeni olduğunu bildirən ekspedisiya rəisinin sözlərinə görə, sürüşmənin baş verməsinə son günlər həmin bölgəyə normadan artıq atmosfer yağıntılarının düşməsi səbəb olub.
 
Ə. Qaralov qeyd edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyi, Şamaxı şəhərinin 48-A məhəlləsi və İsmayıllı rayonunda Muğanlı kəndində sürüşmə sahələri də aktivləşib. Nazirlik rəsmisi əlavə edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində sürüşmənin aktivləşməsi nəticəsində avtomobillərin hərəkəti getdikcə çətinləşir.
 



 


 

AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031