Hadİsə

Azərbaycanda yeni qızıl yatağı tapıldı: 2 min yeni iş yeri açılacaq

Azərbaycanda yeni qızıl yatağı tapıldı: 2 min yeni iş yeri açılacaq
Balakən rayonundakı qızıl-gümüş yataqları Azərbaycana 3 milyard manat gəlir gətirəcək. 

Sfera.az Oxu.Az-dan aldığı məlumata görə, bu barədə "AzerGold” QSC-nin sədri Zakir İbrahimov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır:

"Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir.

Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə də buruq-qazma işləri aparılır”- deyə Zakir İbrahimov qeyd edib.
AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031