Azərbaycanda yeni buraxılan gümüş 5 manatlıq neçəyədir? - ŞOK QİYMƏT

Azərbaycanda yeni buraxılan gümüş 5 manatlıq neçəyədir? - ŞOK QİYMƏT
5 manatlıq metal pullar vətəndaşlar tərəfindən əsasən, suvenir kimi alınır.
 
Söhbət Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə tədavülə buraxılan 5 manatlıq metal puldan gedir. Sözügedən pul çıxarılandan insanları düşündürən məsələ həmin pullardan alış-verişdə istifadə edilib-edilməyəcəyidir. Bundan əlavə, onu neçəyə və haradan əldə etmək olar kimi suallar da yaranır ki, bu barədə  suallara Mərkəzi Bankdan cavab gəlib.
Bankdan yubiley məqsədli çıxarılan 5 manatlıqların əsasən, suvenir kimi vətəndaşlar tərəfindən alındığı bildirilib. Qeyd olunur ki, 31 qramdan artıq çəkisi olan gümüş 5 manatlıqları almaq istəyənlər Mərkəzi Bankın saytında Elektron Müraciətlər Xidmətinə daxil olaraq (//contact.e-cbar.az/) əldə edə bilərlər. Respublika ərazisində nominal dəyəri 5 manat olan gümüş pulları əldə etmək istəyənlər 170 manat 25 qəpik ödəməlidir. BDU-nun yubiley pullarından ölkə ərazisində alış-veriş də etmək olar. Ancaq 170 manata alınmasına rəğmən alış-veriş zamanı həmin pulun dəyəri 5 manat təşkil edir. Vətəndaşlar həmin gümüş pulları əsasən suvenir kimi və ya kiməsə hədiyyə vermək məqsədilə alırlar. Bankdan bildirildi ki, BDU-nun yubileyi məqsədilə 500 ədəd gümüş pul çıxarılıb. Hazırda onların satışı davam edir. (lent.az)

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...