Azərbaycanda “yaşıl kredit”lər niyə yoxdur? - Açıqlama

Azərbaycanda “yaşıl kredit”lər niyə yoxdur? - Açıqlama
Dünyanın bir çox ölkəsində banklar "yaşıl kredit” məhsullarını təklif edir. Açıqlanan məlumatlar göstərir ki, "yaşıl kredit”lərə tələb böyükdür və ildən-ilə bu kreditlərin xüsusi çəkisi yüksəlir. "Yaşıl maliyyə” sahəsində ən böyük bazar Çindədir.
 
Çində yaşıl kreditləşmənin həcmi 2,15 trilyon dollara yüksəlib. İllik müqayisədə "yaşıl kredit”lərin həcmi 26 faizdən çox artıb.
 
Çində yaşıl kreditlərin 67,3 faizi karbon emissiyalarının azaldılması ilə bağlı layihələrə yönəldilib.
 
"Yaşıl kredit”lər bərpaolunan enerji sahələrinə, ətraf mühitə vurulan zərəri azaltmaq üçün sənaye sektoruna ayrılır. Azərbaycanda son illərdə yaşıl iqtisadiyyatda inkişaf əlamətləri olsa da hələlik "yaşıl maliyyə” əlatlərindən istifadəyə rast gəlinmir.
 
Sfera.az saytına açıqlama verən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Azərbaycanda "yaşıl kredit” məhsullarının olmamasını 2 səbəblə əlaqələndirdi.
Onun qənaətincə, bunun birinci səbəbi özəl biznesdə "yaşıl maliyyə”yə tələbin olmamasıdır: "Azərbaycanda yaşıl iqtisadiyyat, bərpa olunan enerji sahələri ilə dövlət məşğuldur, özəl sektorun bu sahədə fəaliyyəti müşahidə edilmir. "Yaşıl maliyyə”yə tələbin olması üçün bu sahədə özəl sektorun fəaliyyəti genişlənməlidir.
 
Mülkiyyət hüququ, müqavilə öhdəliklərinin icrası təmin edilməli, sağlam rəqabət mühiti yaradılmalıdır. Bunlar olmadan "yaşıl maliyyə”yə tələb zəif olacaq”.
 
Ekspert söylədi ki, "yaşıl kredit”lər uzunmüddətli və aşağı faizlə verilir. Ə.Həsənov ölkəmizdə fəaliyyət göstərən bankların uzunmüddətli kreditlərə maraq göstərmədiyini bildirdi: "Normal bazar münasibətləri olmadan uzunmüddətli biznes layihələri həyata keçirilmir. Azərbaycan iqtisadiyyatında risk yüksək olduğundan banklar qısamüddətli kreditlərə maraq göstərirlər. Layihələr uzunmüddətli olduqda "yaşıl kredit”lərə də tələb yaranacaq. O zaman banklar da real vəziyyəti nəzərə alaraq "yaşıl kredit” məhsullarını təklif edəcəklər.
 
Amma tələbat yarandıqda da bankların səviyyəsi bu cür kredit məhsullarının verilməsinə imkan verməyə də bilər. Bu gün bir neçə bankı çıxmaq şərtilə bankların əksəriyyəti ölüm-dirim mübarizəsi aparır. Belə bankların uzunmüddətli kreditlər ayırmaq imkanları məhduddur”.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...