Azərbaycanda yaşayış binasında yanğın - sakinlər təxliyə edildi
09:21 / 04.06.2019
2556
Sumqayıtda yanğın qeydə alınıb.
FHN-dən Sfera.az-a verilən məlumata görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.