Azərbaycanda yanacaqdoldurma məntəqəsində güclü partlayış: yaralılar var (FOTO)

Azərbaycanda yanacaqdoldurma məntəqəsində güclü partlayış: yaralılar var (FOTO)
Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub.
Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib.

Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.

Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR