Azərbaycanda “WhatsApp” istifadəçilərinə - Xəbərdarlıq

Azərbaycanda “WhatsApp” istifadəçilərinə - Xəbərdarlıq
Azərbaycanın "WhatsApp” istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan "spam” mesajlar göndərilir.
Sfera.az bildirir ki, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (KİMM) APA-ya verilən məlumata görə, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər, hər hansı keçidə daxil olmasınlar, "Report spam” seçimini etməklə mesajı "spam” olaraq şikayət etsinlər.

Bundan əlavə, "Parametrlər/Settings” bölməsindən "Şikayət et/Report contact” düyməsini seçməklə kontaktı şikayət və blok etmək mümkündür.

"Spam” mesajlar "WhatsApp” qaydalarını pozur və şikayət edildikdə, bu kontaktlar bloklanır.

Həmçinin bu cür kiberinsidentlərlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyac yarandıqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.

OXŞAR XƏBƏRLƏR

Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı

Misir Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışlayıb. Sfera.az xarici mediaya ...

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...