Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu faciəvi şəkildə öldü
14:28 / 05.12.2018
3408
Dünən Neftçala rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Məlumata görə, hadisə Xıllı kəndi ərazisində Şahmar Ələkbərov işdən evə gedərkən baş verib. Qəzada ölən 34 yaşlı Vasif nişanlı olub və bu həftə nişan mərasimi baş tutacaqmış. O, "Aqrolizinq”in Neftçala rayon bölməsinin müdiri Vaqif Qurbanovun oğludur.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
////Publika.az