Azərbaycanda uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı

Azərbaycanda uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı
Azərbaycanda tibbi müayinədən keçən uşaqlar arasında ən çox tənəffüs sistemi xəstəlikləri və qurd invaziyaları (helmintoz) aşkarlanır.
 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu xəstəliklər əsasən məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında özünü büruzə verir:

"Qurda yoluxma halı ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olurlar. Buna görə də gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəlikləri daha kiçikyaşlı uşaqlarda çox tez-tez rast gəlinir. Bu da uşaq orqanizminin anatomik fizioloji xüsusiyyətləri ilə izah olunur".

Hazırda Azərbaycanda 2 588 959 uşağın olduğunu deyən baş pediatr qeyd edib ki, Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilirlər.

N.Quliyev deyib ki, bu ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçib. Onlardan 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib.


OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...