Azərbaycanda unun qiyməti bahalaşa bilər - AÇIQLAMA

Azərbaycanda unun qiyməti bahalaşa bilər - AÇIQLAMA
Bu gün bəzi iqtisadçı-ekspertlər oktyabr ayında qida məhsullarının bahalaşacağı ilə bağlı fikirlər səsləndirir. Bu gün hər kəsi maraqlandıran sual çörəyin və unun qiymətində bahalaşmanın olub-olmayacağıdır.

Sfera.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, kənd təsərrüfatı məhsullarının qiymətində mərhələli şəkildə bahalaşma gedəcək:

"Mövsümlük faktoru hər zaman təsirini göstərib. Ona görə də kənd təsərrüfatının məhsullarının qiyməti növbəti aylarda mərhələli şəkildə bahalaşacaq. Digər istiqamətlərdə isə vəziyyət daha çox idxaldan, bazarda istifadə olunan alətlərdən asılı olacaq. Dünya bazarında bir sıra məhsulların qiymətində artım var. Pandemiyaya görə istehsalda, tədarük və təchizatda yaranan fasilələr qiymət artımına səbəb olub. Bu istiqamətdə dövlət neytrallaşdırıcı tədbirlər həyata keçirməsə, idxal məhsullarının bir qismində məhz maya dəyərinin artması səbəbi ilə qiymətlərin bahalaşması müşahidə oluna bilər.
Amma söhbət payız və qış aylarındakı bahalaşmadan gedirsə, daha çox kənd təsərrüfatı və ərzaq məhsullarının qiyməti bahalaşacaq. Qeyri-ərzaq məhsullarının qiymətində isə cüzi bahalaşma olacaq. Çünki əhalinin alıcılıq gücü aşağı düşüb. Əhalinin alıcılıq qabiliyyəti daha çox vacib hesab bildiyi məhsullara yönəlir. Qeyri-ərzaq məhsulları qiymətlər üzərində yaranmış təzyiqləri bazarlarda əks etdirə bilməyəcək".

Rəşad Həsənov vurğulayıb ki, ümumiyyətlə Azərbaycanda çörəyin qiyməti ölkədə idxal olunan taxılın maya dəyərindən asılı olaraq dəyişə bilər:

"Unun qiymətinin qalxması çörəyin qiymətinin qalxmasına birbaşa təsir göstəir. Digər təsir amili isə kommunal xidmətlərin qiymətində olacaq dəyişiklikdir. Hələ ki, kommunal xidmətlərin qiymətində artım gözlənilmir. Bu il Rusiya, Kanada, Ukrayna, Qazaxıstan və bir sıra ölkələr taxıl idxalına müəyyən məhdudiyyətlər tədbiq edə bilər. Rusiyada artıq bununla bağlı qərar qəbul olunub. Belə olduğu təqdirdə də Azərbaycanın idxal imkanları bir qədər məhdudlaşacaq. Bu halda da un istehsalçıları qiymətləri artıra bilər. Amma Azərbaycanda çörəyin qiyməti dövlət tərəfindən nisbətən tənzimlənir. Hər hansı ciddi təsirlər yaranarsa, dövlət müdaxilə etmiş ola bilər. Unun və taxılın idxalına ƏDV tədbiq edilmir. Əgər ciddi təzyiqlər yaranarsa, indiki şərtlər daxilində sosial narahatlığın yaranmaması üçün dövlət əlində olan digər alətlərdən istifadə edərək mümkün qədər qiymətə olan təzyiqləri neytrallaşdıracaq".

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...