Azərbaycanda un kisəsindən heyvan sümüyü çıxdı - VİDEO

Azərbaycanda un kisəsindən heyvan sümüyü çıxdı - VİDEO
Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb.

Bu barədə "Report"un Muğan bürosuna Şatırlı kənd sakini məlumat verib.

Belə ki, rayon mərkəzindəki mağazalardan birindən alınan 50 kq-lıq əla növ un kisəsindən sümük tapılıb. Bu sümüyün iribuynuzlu heyvanın diz nahiyəsinin bir hissəsi olması məlum olub. Yerli sakin undan istifadə etməyi təhlükəli hesab edib.



OXŞAR XƏBƏRLƏR