Azərbaycanda tərsinə işləyən saat hazırlandı - VİDEO

Azərbaycanda tərsinə işləyən saat hazırlandı - VİDEO
Lənkəranda uzun illərdir ki, saat təmiri ilə məşğul olan rayon sakini maraqlı bir addım atıb. Onun düzəltdiyi saatların digərlərindən fərqi əqrəblərin əks istiqamətə işləməsidir. Saatın əqrəbləri əks istiqamətə işləsə də vaxtı düz göstərir.

Sfera.az "Xəzər TV"yə istinadən xəbər verir ki, Lənkəran rayon sakini Şahin Baxşıyev düzəltdiyi saatlar digərlərindən fərqlənir. Belə ki bu saatların əqrəbləri ancaq tərsinə işləyir. Lakin buna baxmayaraq vaxtı düz göstərir.

32 ildir ki, saat təmiri ilə məşğul olan usta deyir ki, o bu işi atasından öyrənib. O bir neçə ildir ki, saat mexanizminə dəyşiklik edərək onun əqrəblərinin əks istiqamətə işləməsinə nail olub. Bunun üçün bəzi çarxları dəyişərək yenisi ilə əvəz edib.

Ustanın sözlərinə görə, bir vaxtlar saatlara maraq azalsa da indi təlabat daha çoxdur. Bir saatın düzəldilməsinə 1-2 saat vaxt lazım olur. Şahin Baxşıyev hazırda yeni qol saatını düzəltməklə məşğuldur. Sifariş əsasında hazırladığı bu saatın da əqrəbi əks istiqamətə hərəkət edəcək. Saatın əqrəbləri kimi, rəqəmlərinin də yeri dəyişik olacaq.

Ustanın sözlərinə görə, ilk baxışda saata baxanda adamda çaşğınlıq yaratsa da amma sonradan öyrəşmək asan olur.

Şahin Baxşıyev onu da bildirir ki, əqrəbləri əks istiqamətə işləyən saatların xarici turistlərə satışını da təşkil etmək niyyətindədir. 

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...