Azərbaycanda Telekanal Yayımını Dayandırdı – “Maliyyə Çətinliyinə Görə”

Azərbaycanda Telekanal Yayımını Dayandırdı – “Maliyyə Çətinliyinə Görə”
Bu gün səhər saatlarında "ARB Media Qrup”a daxil olan tematik musiqi kanalı "ARB Ulduz”un peyk vasitəsi ilə yayımının dayanması müşahidə olunub.
 
Məsələ ilə bağlı "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli  Azxeber.com-un suallarını cavablandırıb.
– Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımının olmadığı müşahidə edilir. Bu hansısa texniki problemlə bağlıdır?
 
 "Xeyr, texniki problemlə bağlı deyil. "ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib”.
 
– Buna səbəb nədir? 


 "Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. "ARB Media Qrup”a daxil olan kanallar da buna istisna deyil. "ARB Ulduz” telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan "ARB Ulduz” da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi”.
– Bəs "ARB Media Qrup”a daxil olan digər tematik kanal olan "ARB Günəş”in taleyi necə olacaq?
 
Bəli, "ARB Günəş” Azərbaycanın ilk  və yeganə tematik uşaq kanalıdır. Bu telekanalın əsas auditoriyası azyaşlı tamaşaçılardır. Yuxarıda qeyd etdiyim kimi, digər tematik telekanallarda olan kommersiya problemləri "ARB Günəş”ə də şamil edilir. Lakin, Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alsaq, "ARB Media Qrup” daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür.

OXŞAR XƏBƏRLƏR

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...