İqtİsadİyyat

Azərbaycanda tələbələrə ödəniş kartları paylanacaq

Azərbaycanda tələbələrə ödəniş kartları paylanacaq
 

Azərbaycanda ali təhsil müəssisələrinin tələbələrinə SMART-kartlar paylanacaq.

"APA-Economics”in əldə etdiyi məlumata görə, gələn ildən start veriləcəyi layihəni ilk olaraq Azərbaycan Dövlət İqtisad Universiteti ilə icra olunacağı gözlənilir.

Bu kartlar vasitəsilə tələbələr həm universitet ərazisinə daxil olmaq, həm də ictimai nəqliyyatda gediş haqlarını ödəmək imkanını əldə edəcəklər. 

 

Layihənin icra mexanizmləri Avropa Kartlar Assosiasiyası ilə müzakirə olunub və bu təşkilatın loqosu kartın üzərində əks olunacaq. Tələbələr kartların funksionalını Avropa ölkələrinə səfər etdiyi zaman da istifadə edə biləcəklər.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30