Azərbaycanda təhlükəli virus yayılıb - ƏGƏR BU ƏLAMƏTLƏR SİZDƏ DƏ VARSA HƏKİMƏ TƏLƏSİN!

Azərbaycanda təhlükəli virus yayılıb - ƏGƏR BU ƏLAMƏTLƏR SİZDƏ DƏ VARSA HƏKİMƏ TƏLƏSİN!

 

Son günlərdə Azərbaycanda yoluxucu xəstəlik yayılıb. Virus daşıyıcıları daha çox baş ağrısı, qızdırma, ürəkbulanma və bir çox hallardan şikayətlənirlər. Hətta sosial şəbəkələrdə yayılmış virusun ciddi olduğunu, kütləvi hal aldığını yazanlar da var.

 Respublika Gigiyena və Epidemiologiya Mərkəzində baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva qafqazinfo-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda hər hansı bir qrip virusu aşkar olunmayıb. Sakinlərdə müşahidə olunan mövsümi xarakter alan respirator virus infeksiyalarıdır: "Hazırda ölkədə respirator infeksiya, qrip halları ilə bağlı artım yoxdur, əksinə, ötən illə müqayisədə eyni səviyyədədir. Virusların yayılmasının əsas səbəbi də sakinlərin həkimə müraciət etməməsi, xəstə vəziyyətdə ictimiyyət arasına çıxmasıdır".

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də Azərbaycanda qriplə bağlı vəziyyətin stabil olduğunu bildirib. Epidemioloqun sözlərinə görə, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən, qripə yoluxma ilə bağlı hər hansı narahatedici vəziyyət yoxdur:

"İnsanlar xəstə olduqları müddətdə işə getməməli, küçəyə çıxmamalıdırlar. Asqıran, öskürən şəxslər birinci növbədə həkimə müraciət etməlidirlər. Ancaq indi xəstə şəxslərdən soruşun ki, hansı həkim qəbulunda olub? Virusa yoluxmuş şəxslər mütləq maskadan istifadə etməli, həm iş, həm də ev şəraitində bir müddət təcrid olunmalıdırlar. Əgər xəstə evdə olarsa, onu mütləq ayrı otağa keçirmək, istifadə etdiyi qab-qaşığı ayırmaq lazımdır. Mümkün qədər xəstələrlə kontaktdan qaçmaq lazımdır. Hazırda bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır".


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...