Azərbaycanda şüşə yeyən adam sizi Şoka salacaq

Azərbaycanda şüşə yeyən adam sizi Şoka salacaq
 İndi sizə təqdim edəcəyimiz xəbərin qəhrəmanı şüşə və metal yeyir. Ağstafa sakini Bəxtiyar Qurbanov hətta metal və şüşələrin dadlarıni müəyyən edir. sən demə saxsı qablar şit, xrustallar isə turş dadırmış.

Şüşə, saxsı və metal...nə qədər qəribə olsa da, bu sərt materialları adi qida kimi yeyir.

Ağstafanın Tatlı kənd sakini Bəxtiyar Qurbanov 49 ildir ki, əsasən şüşə olmaqla sərt materialldan hazırlanış əşyalar yeyir. Xüsusi ilədə stəkan yeməyi xoşlayır.

İndiyə qədər 200 kq şüşə yediyini deyən Bəxtiyar Qurbanov ən dadlı olanları da, asanlıqla müəyyən edə bilir.

Bu bacarığı ilə Ginnesin rekordlar kitabına düşmək istəyən Bəxtiyar Qurbanov metal yeməyə olan həvəsi ilə dəfələrlə insanları heyrətdə qoyub.

Müxtəlif sərt maddələr yeməsinə baxmayaraq, Bəxtiyarın səhhətində heç bir problem baş verməyib. Hər kəsin qeyri-adi bir insan kimi tanıdığı Bəxtiyar Qurbanov başqalarına bu cür maddələri yeməyi məsləhət görmür.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR