Azərbaycanda ŞOK HADİSƏ — Dövlət qurumunun binasında barama yetişdirilir - FOTOLAR

Azərbaycanda ŞOK HADİSƏ — Dövlət qurumunun binasında barama yetişdirilir - FOTOLAR
 Göyçayda dövlət qurumlarının binalarında barama qurdu yetişdirilir. 


Bununla demokrat.az-a rayon sakinlərindən məlumat daxil olub. 


Təqdim olunan fotolardan da aydın görünür ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay rayon şöbəsinin binasında barama qurdu bəslənilir. 


Məlumata görə, şöbənin əməkdaşları rayon ərzisində əkilmiş tut ağaclarından gündəlik olaraq yarpaq toplayır və barama qurdlarını bəsləyirlər. Hətta, buna görə ağacların kəsilməsinə yerli İcra Hakimiyyəti də göz yumur. 


Məsələ ilə bağlı demokrat.az-a danışan sakinlər bildirib ki, bu cür hallar əvvəllər də mövcud olub. 


Onların sözlərinə görə, Göyçayda bir sıra idarə və təşkilatlar ya ipək qurduna görə tələb olunan məbləği ödəməli, yaxud da hər hansı vasitə ilə onu yetişdirməlidirlər. 


Sakinlər məhz bu səbəbdən də barama qurdunun dövlət idarələrinin otaqlarında yetişdirildiyini bildirib. 

OXŞAR XƏBƏRLƏR

Bakıda külək elektrik stansiyası tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa o...

Nizami rayonunda 500 ağac əkildi

Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dün...

Qarabağ Universiteti üçün vakant yerlər AÇILACAQ

“Qarabağ Universiteti ilə bağlı proseslər davam edir. Artıq proqram rəhbərləri seçilib, bu həftə ərzində işə qəbul olunacaqlar”.   Sfera....

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...