Azərbaycanda "Sevgililər günü"nün vaxtı dəyişdirilə bilərmi? - AÇIQLAMA

Azərbaycanda
Azərbaycanda "Sevgililər günü”nün məhz 14 fevralda qeyd edilməsi nə qədər düzgündür?
  
 
Sfera.az-ın əməkdaşı bununla bağlı tanınmış sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib. Sosioloqun sözlərinə görə, əgər "Sevgililər günü"nə ehtiyac varsa, başqa bir tarix seçilməlidir:
 
"Mən özüm bu bayramı qeyd edən deyiləm, heç tərəfdarı da olmamışam. Bunu qondarma bayram hesab edirəm. Çünki dərinliyinə gedib "Valentin günü"nün tarixçəsini araşdırsaq, o qədər də ürəyaçan məlumatlarla rastlaşmarıq. Azərbaycanda belə bir bayrama ehtiyac varsa, başqa bir günü seçib onu qeyd etmək olar. Gənclər qeyd edir, onlara ciddi etirazım yoxdur. Hər kəs özü bilər. Düşmənlik edib, neqativlik yaymaq məqsədim yoxdur”.

Əhməd Qəşəmoğlu "sevginin günü ola bilərmi?" sualını isə belə cavablandırıb: 
 
"Təbii ki, xeyr. Bu gün sevgili olaq və ya bu gün sevgililər günü olsun kimi cümlələrdə absurdluq var. Mən heç vaxt bu bayramı qeyd etməmişəm”.
 
 
Nihat HÜSEYNZADƏ

OXŞAR XƏBƏRLƏR