Azərbaycanda satılan ən bahalı maşın - FOTO
10:04 / 31.03.2016
3292
Azərbaycanda 613 min manata "Mercedes S65 AMG" model avtomobil satılır.
Sfera.az oxu.az-a istinadən bildirir ki, turbo.az saytında yer alan elanda yarım milyondan çox qiymətə təklif edilən avtomobil Bakıda fəaliyyət göstərən maşın salonlarından biri tərəfindən satılır.
Qara rəngdə olan bu avtomobilin buraxılış ili 2016, mühərrikinin gücü 630 at gücü, həcmi 6000 kubsantimetrdir.