Azərbaycanda sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

Azərbaycanda sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb
 Koronavirus (COVID-19) pandemiyasının, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin 19 mart 2020-ci il sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu gün Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ilkin sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 698 vergi ödəyicisinə 1,728 milyon manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 533 fərdi (mikro) sahibkara isə 637 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.

Tədbirlər Planına uyğun olaraq, sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin ödənilməsi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdiriləcək. Həmin sifarişləri pandemiya nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi formalaşdıraraq Maliyyə Nazirliyinə təqdim edir. 

OXŞAR XƏBƏRLƏR

"Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək 

"Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni təchizatçısı olacaq.   Sfera.az bildirir ki, alman şirkəti tender...

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum İMZALANDI

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.   Qurumdan Sfera.az-a verilən məlumata görə, sənədi AVF-nin prezidenti...

Blinkenin Çin səfərindən GÖZLƏNTİLƏR: XİN başçısı ilə nələr müzakirə ediləcək?

ABŞ dövlət katibi Antoni Blinken rəsmi səfər çərçivəsində Çinin şərqindəki Şanxaya gəlib.   Sfera.az bildirir ki, o, sabah paytaxt Pekində Çinin xari...