Azərbaycanda rayon-şəhər icra hakimiyyətdə müavin qadınların sayı açıqlanıb

Azərbaycanda rayon-şəhər icra hakimiyyətdə müavin qadınların sayı açıqlanıb

"Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 2007-2015-ci illərdə keçirdiyi müsabiqələrə 66 164 nəfər sənəd verib. Onlardan 19 812 nəfəri məhz qadınlar olub". Bu barədə "Report"a komissiyanın İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn məlumat verib. 

O bildirib ki, sənəd verənlərdən 4 423 nəfər boş vəzifələrə uyğun olub: "Onlardan 1 277-si qadındır. Bundan başqa, 13 336 nəfər dövlət komissiyasının keçirdiyi test imtahanlarından uğurla keçib. Test imtahanlarından uğurla keçən qadınların sayı isə 3 858 nəfər təşkil edib. Ümumilikdə 3 687 vəzifəyə təyin olunub, onlar arasında qadınların sayı 1 027 nəfərdir".

Şöbə müdiri qeyd edib ki, son iki ildə Azərbaycanda 78 qadın rayon və şəhər icra hakimiyyəti başçısının müavini təyin olunub. Onlardan 10 nəfəri 2015-ci ilin ötən dövründə təyinat alıb: "Bundan başqa, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir".

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu ilin oktyabrın 1-nə qədər məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin 38,6 faizini qadınlar təşkil edib.

İqtisadi fəaliyyət növləri üzrə fərdi sahibkarların sayının gender bölgüsünə gəlincə, qadınların sayı 110 433 nəfər olub. Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 19,6 faizi isə qadınlardır.

Qadınlar "digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 29,1 faizini, "kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq"da 22,2 faizini, "ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,5 faizini təşkil edir.

Sahibkar qadınların 38,6 faizi Bakıda, 16,3 faizi Aran, 15,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,3%), Gəncə-Qazax (23,3%) və Şəki-Zaqatala (21,1%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Sfera.az xəbər ve...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...