Azərbaycanda qohumlar arasında evlilik qadağan olunur?
19:04 / 01.07.2016
1523
"Biz deputatlar da qohum nikahları pisləyirik, amma bunu, hələ ki, qanun çərçivəsinə salmaq kimi bir planımız yoxdur. Bu, insanların hüquqlarının pozulması deməkdir”.
Wsemir.com
xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
deputatı Ağacan Abıyev deyib.
Onun sözlərinə
görə, hər kəs öz düşündüyü kimi addım atır.
"Sadəcə,
insanları maarifləndirmək lazımdır ki, qohumlarla qurduğunuz ailədən həm siz, həm
də uşaqlarınız əziyyət çəkəcək. Bunun üçün televiziyada tez-tez bu yönümdə
verilişlər olsa, daha yaxşı olar”, – deyə millət vəkili vurğuladı.
Xatırladaq
ki, bu gündən Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa
qoyulması ilə bağlı qanun qüvvəyə minib.