Azərbaycanda qiymətlər: Bir neçə ayın maaşına 2 gün istirahət
18:45 / 15.11.2017
666
Bu gün Azərbaycanda da qış turizmi üçün potensial məkanlar, turizm zonaları var. Lakin digər xarici ölkələrdən fərqli olaraq, ölkəmizdə qiymətlər kifayət qədər yüksək, xidmət isə aşağıdır.
Sfera.az cebhe.info-ya istinadın yeni ildə Azərbaycanda və xarici ölkələrin hotel qiymətlərini təqdim edir:
QALAALTI HOTEL & SPA 5* hotelinin yeni il paketində də qiymətlər kifayət qədər yüksəkdir. 2 gecə, 3 gün üçün hesablanan qiymət 1299 AZN-dir. Qiymətə oteldə 2 günlük gecələmə, gündə 3 dəfə qidalanma, həmçinin yeni il menyusu, xaş və canlı musiqi proqramı daxildir. Atəşfəşanlıq, uşaqlar üçün müəyyən əyləncələrin təşkili də nəzərdə tutulub.
SHAHDAG HOTEL & SPA 5* hotelində yeni ildə 3 gecə üçün 2099 AZN xərcləməli olacaqsız. Qiymətə gündə 2 dəfə qidalanma, yeni il menyusu, canlı musiqi proqramı, DJ şou və atəşfəşanlıq daxildir.
Yeni ildə İstanbulda 3 gecəlik hotellərin qiyməti isə 355 – 807 ABŞ dolları arasında dəyişir. Moskva turunun qiymətləri isə 678 AZN - 939 AZN arasında dəyişilir.
Praqa turunun qiymətləri 1099 - 1779 ABŞ dolları arasında dəyişilir. Bakuriani turunun qiyməti isə 640-675 ABŞ dolları arasında dəyişilir.
Digər turların qiymətinə nəzər yetirək:
3 gecəlik Paris turu - 896 – 1067 Avro
Tayland turu - 1399 ABŞ dolları və daha yüksək.
Göstərilən qiymətlərə aviabilet, hoteldə gecələmə, qidalanma, sığorta, transfer daxildir.
Budapeşt turunun qiymətləri isə 265 Avro – 382 - 524 avro arasında dəyişilir.
Riqa turunun qiymətləri 299 - 334 ABŞ dolları arasında dəyişir. Tur qiymətlərə hoteldə gecələmə, qidalanma daxildir. Sığorta, transfer qiymətə daxil deyil. Aviabiletin qiyməti 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.