Azərbaycanda qadının əl-qolunu bağlayan maskalı şəxslər tutuldu – FOTO

Azərbaycanda qadının əl-qolunu bağlayan maskalı şəxslər tutuldu – FOTO
Samuxdan olan  dəstənin digər əməlləridə üzə çıxıb.

Bir neçə gün əvvəl Şəmkirdə qadına qarşı zor tətbiq edən dəstə tutulub. Şəmkir rayon Polis İdarəsindən Sfera.az-a verilən məlumata əsasən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samux rayon Qarayeri qəsəbə sakinləri 28 yaşlı Yusif Qurban oğlu Kazımov və 31 yaşlı Vəli Abdulla oğlu Şəfiyev saxlanılıb.

İstintaq tədbirləri zamanı həmin şəxslərin cinayətdə istifadə etdiyi maskalar, eləcə də digər cinayət alətləri maddi sübut kimi götürülüb. İlkin dindirilmə zamanı dəstənin digər şəhər və rayonlarda da bənzər quldurluq əməlləri üzə çıxıb.

Şəmkir polisi həmən şəxslərin əməllərindən zərərçəkən şəxslərin polisə müraciət etmələrini xahiş edir. Bildirək ki, Samuxlu cinayətkar dəstə sonuncu dəfə Şəmkir rayon sakini Gülnarə Qasımovanın evini qarət ediblər.

Quldurluq etmiş şəxslər söhbət əsnasında qadına Rusiyadan pul gələcəyini eşidib. Sonra evə daxil olaraq qadının əl qolunu bağlayıb mənzildən 3 min rubl, 3 min manat dəyərində qızıl zinyət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.

Hazırda faktla bağlı cinayət işi açılıb,araşdırmalar davam etdirilir.
 

 

 


OXŞAR XƏBƏRLƏR