Maraqlı

Azərbaycanda qadın postda uşaq dünyaya gətirdi - VİDEO

Azərbaycanda qadın postda uşaq dünyaya gətirdi - VİDEO

Dünən saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu "Nəvai” postu adlanan ərazidə dayanıb. 

Oxu.Az xəbər verir ki, sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq, onlardan kömək istəyib.

Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub. 

Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib.

YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyətləri normaldır.


XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930