Azərbaycanda pul siyasəti sərtləşdirilir

Azərbaycanda pul siyasəti sərtləşdirilir

"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlayıb və bu siyasət il ərzində davam etdiriləcək".
 
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini bildirib.

"Məzənnənin tam liberallaşması rejiminə keçidlə bağlı biz pul siyasətinin əsas hədəfi olaraq növbəli şəkildə pul bazasının həcmini seçmişik. 2017-ci ilin pul siyasətinin əsas istiqamətləri bəyanatına fikir versəniz görərsiniz ki, artıq pul bazasının həcmini hədəfləyirik. Həm məzənnənin liberallaşması, həm də pul bazasının hədəflənməsi gələcəkdə orta müddətli dövrdə inflyasiyanın hədəflənməsi rejiminə keçidə hazırlıqdır. Maliyyə Sabitliyi Şurası üzvlərinin də iştirakı ilə xüsusi pul proqramı qəbul olunub. 

Sərtlik ondan ibarətdir ki, xüsusi pul proqramı bütün emissiya kanallarını nəzarətə götürür, yəni optimal səviyyədə olur. İkinci istiqamət isə faiz siyasətidir ki, bu da kifayət qədər sərtləşib. 2016-cı ildə uçot dərəcəsi 15%-ə qədər artırılıb. Şərait tələb edərsə, bu alətdən (uçot dərəcəsindən - red.) də istifadə olunacaq. Yəni pul siyasətinin sərtləşdirilməsi pul bazasının pul proqramı əsasında nəzarətə götürülməsidir", - deyə A. Babayev bildirib.

Kommersiya bankları gündəlik əsasda tənzimləyicini pul qalıqları barədə məlumatlandıracaq. AMB isə bu məlumatlar əsasında müvafiq qiymətləndirmələr aparacaq.


            


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...